AZ

İsrailin hökumət təyyarəsi İranla gərginlik fonunda Yunanıstana uçdu

İsrailin "Sion qanadı" adlanan ölkənin əsas hökumət təyyarəsi İranla mümkün hərbi eskalasiya fonunda yanvarın 14-də Yunanıstanın Krit adasına uçub.

"Yeni Sabah" xəbər verir ki, bu, "Flightradar24" uçuş izləmə servisinin məlumatlarından aydın olur.

Servisin məlumatına əsasən, təyyarə İsrailin Beer-Şeva hava limanından havaya qalxıb və İraklion şəhərinə eniş edib.

Uçuşun 1 saat 47 dəqiqə davam etdiyi bildirilir./Oxu.az


Telegram kanalımız
Seçilən
90
2
yenisabah.az

3Mənbələr