AZ

Suqovuşan su anbarından çəkilən kanallar bölgədə canlanma yaradıbVİDEO

Suqovuşan su anbarının təmiri bölgədə canlanma yaradıb.

Xezerxeber.az-ın məlumatına görə, su anbarı kənd təsərrüfatı sahələrinin suvarılması məqsədilə inşa edilib.

Su anabarının uzun illər işğalda olması səbəbilə əkinə yararlı torpaqların becərilməsində ciddi çətinliklər yaranmışdı. İşğaldan azad edildikdən sonra bu sahədə olan problemlər aradan qaldırılır. Artıq istismar müddətini başa vuran kanallar bərpa edilir, əkin ahələrinə suyun itkisiz verilməsi təmin olunur.

Görülən işlər çərçivəsində 30 il ərzində yalnız yağış suları hesabına suvarılan torpaqların suya olan tələbatının çox hissəsi ödənilib. Beton kanallarla suyun ötürülməsi zamanı ümumi su itkisinin həcmi 35 faiz azalıb.

Sağ sahil magistral kanalı 70,2 km təşkil edir ki, onun da 61 km-nin təmiri işləri üçün layihə simetası hazırlanıb. Lakin kanalın keçdiyi əsas ərazilərin minalarla çirklənmiş olması işləri ləngidib. Hazırda da işlər aparılır. 

Suqovuşan su anbarının bəndinin hündürlüyü 28 m, uzunluğu 630 m, anbarın ümumi həcmi 5,86 milyon kubmetrdir. “Suqovuşan-1” Su Elektrik Stansiyası 4.8 mqvt və “Suqovuşan-2” Su Elektrik Stansiyası isə 3 mqvt gücə malikdir.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Seçilən
104
xezerxeber.az

1Mənbələr