AZ

Bakı düşmənləri trolleybusla tramvayları məhv etdilər

ain.az xəbər verir, Axsham.az saytına əsaslanaraq.

Hazırda Çexiyada olan aparıcı Azər Qərib sosial şəbəkədə video paylaşaraq uşaqlıq xatirələrindən yazıb.

Axşam.az xəbər verir ki, troleybusdan görüntüləri izləyiciləri bölüşən aparıcı bunları qeyd edib:

“Məktəb illərində dərsə trolleybusla gedirdim. Evimizin qabağından minib Axundov bağında düşür, doğma 134 saylı məktəbə gedirdim. Trolleybusun salonundakı işıq avtobusun içərisindəki işıqdan fərqlənirdi, daha gur idi, kitab oxumaq üçün əla şərait yaradırdı.

Hərdən səhər saat 6-da evdən çıxır, boş trolleybusa minib bir dairə vururdum, kitab oxuya-oxuya. Sonra Bakı düşmənləri trolleybusla tramvayları məhv etdilər, amma trolleybusa olan xüsusi sevgimi öldürə bilmədilər.

Bu gün, üstündən 45 il keçəndən sonra yenidən trolleybusa mindim, nostalji hisslər yaşadım. Bizim pulla 1 manat 60 qəpiyə — kartla. Əziz xatirələr üçün münasib qiymətdir, deyilmi?”.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
100
axsam.az

1Mənbələr