AZ

Almaniyanın Ulm şəhərində iki nəfəri bıçaqlayan şəxs polis tərəfindən zərərsizləşdirilib

Berlin, 14 yanvar, AZƏRTAC

Almaniyanın Ulm şəhərindəki ticarət mərkəzlərinin birində bıçaqlı hücum nəticəsində iki nəfər xəsarət alıb.

AZƏRTAC yerli mediaya istinadla xəbər verir ki, şübhəli şəxs mağazanın iki əməkdaşına xəsarət yetirdikdən sonra qaçmağa çalışarkən saxlanılıb. Polis onu saxlamaq üçün xidməti silahdan atəş açmalı olub. Şübhəli şəxs yaralı vəziyyətdə xəstəxanaya aparılıb.

Polis hadisənin kütləvi hücum məqsədi daşımadığını açıqlayıb.

Hadisə ilə əlaqədar şəhərdə genişmiqyaslı əməliyyat tədbirləri həyata keçirilib.

Elvin Mövsüm

AZƏRTAC-ın xüsusi müxbiri

Berlin

 

Seçilən
154
3
azertag.az

4Mənbələr