Cəlilabad rayonunda yanğın baş verib.
NOCOMMENT.az-ın cənub bürosunun verdiyi xəbərə görə, hadisə rayonunun Həziabad kəndində qeydə alınıb.
Kənd sakininə məxsus ümumi sahəsi 200 kvadratmetr olan köməkçi tikili anidən alışıb.
Dərhal əraziyə Cəlilabad rayon yanğından mühafizə hissəsinin texnikası və canlı qüvvəsi cəlb olunub və qısa müddətdə yanğın söndürülüb.
Qeyd edək ki, yanğın zamanı tikilinin yanar konstruksiyaları 175 kvadratmetr sahədə toyuq-cücələrin tələf olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.