AZ

Dövlətin mədəni siyasətinin uzunmüddətli strateji istiqamətlərini müəyyən edən konseptual sənəd

Newscenter.az saytına istinadən ain.az xəbər verir.

Möhtərəm Prezidenti cənab İlham Əliyevin mədəniyyət sahəsinin inkişafının təmin edilməsi məqsədilə verdiyi müvafiq Sərəncam əsasında hazırlanmış “Azərbaycan Mədəniyyəti – 2040” Azərbaycan Respublikasının Mədəniyyət Konsepsiyası dövlətin mədəni siyasətinin uzunmüddətli strateji istiqamətlərini müəyyən edən konseptual sənəddir.Konsepsiya milli-mənəvi dəyərlərin qorunması və inkişaf etdirilməsi, Azərbaycan xalqının zəngin maddi və qeyri-maddi mədəni irsinin müasir dövrün tələblərinə uyğun şəkildə mühafizəsi, təbliği və gələcək nəsillərə ötürülməsi məqsədlərinə xidmət edir. Sənəd mədəniyyət sahəsində dövlət idarəçiliyinin təkmilləşdirilməsini, institusional mexanizmlərin gücləndirilməsini və davamlı inkişafın təmin olunmasını nəzərdə tutur."Azərbaycan Mədəniyyəti – 2040” Konsepsiyası çərçivəsində mədəni irs obyektlərinin qorunması, muzey, kitabxana, teatr və digər mədəniyyət müəssisələrinin fəaliyyətinin müasirləşdirilməsi, mədəniyyət sahəsində rəqəmsallaşdırma və innovativ texnologiyaların tətbiqi əsas prioritet istiqamətlər kimi müəyyən edilmişdir.Konsepsiyada mədəniyyət sahəsində insan kapitalının inkişafı xüsusi əhəmiyyət kəsb edir. Peşəkar kadr potensialının gücləndirilməsi, mədəniyyət işçilərinin bilik və bacarıqlarının artırılması, yaradıcı gənclərin dəstəklənməsi, regionlarda mədəni infrastrukturun inkişaf etdirilməsi və əhalinin mədəni xidmətlərə əlçatanlığının təmin edilməsi əsas vəzifələr sırasına daxildir.Möhtərəm Prezident cənab İlham Əliyevin Sərəncamında müəyyən edilmiş strateji hədəflərə uyğun olaraq, Konsepsiya mədəniyyət sahəsində dövlət-özəl tərəfdaşlığının genişləndirilməsini, beynəlxalq mədəni əməkdaşlığın gücləndirilməsini və Azərbaycan mədəniyyətinin beynəlxalq miqyasda sistemli şəkildə təbliğini nəzərdə tutur."Azərbaycan Mədəniyyəti – 2040” Azərbaycan Respublikasının Mədəniyyət Konsepsiyasının ardıcıl və məqsədyönlü icrası ölkənin mədəni potensialının gücləndirilməsinə, milli kimliyin möhkəmləndirilməsinə və Azərbaycan Respublikasının dünya mədəni məkanında mövqeyinin daha da möhkəmlənməsinə xidmət edəcəkdir.Təşəkkür edirəm Möhtərəm cənab Prezident.Teymur Əliyev, Nizami Gəncəvi Muzeyinin direktoru

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
2
1
newscenter.az

2Mənbələr