Bəzi media subyektlətində yayımlanmış “Referans Pharmaceuticals”ın dövlət qurumları ilə dərman biznesi – araşdırma” başlıqlı materialla bağlı dəqiqləşdirmə zərurəti yaranıb.
Modern.az xəbər verir ki, araşdırma zamanı məlum olub ki, materialda adı çəkilən “Referans Pharmaceuticals” MMC ilə “Referans Medical Group” klinikalar şəbəkəsi arasında hər hansı hüquqi, institusional və ya idarəetmə baxımından bağlılıq mövcud deyil.
Sözügedən qurumlar bir-birindən tam müstəqil hüquqi şəxslərdir.