AZ

Şuşa istiqamətində hərəkət edən sürücülərə müraciət edilib

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) Şuşa istiqamətində hərəkət edən sürücülərə müraciət edib.

Day.Az xəbər verir ki, bu barədə AAYDA məlumat yayıb.

Bildirilib ki, qarlı və şaxtalı hava şəraiti ilə əlaqədar olaraq təhlükəsizlik baxımından Şuşa şəhəri istiqamətində hərəkət edəcək sürücülərə alternativ olaraq Füzuli-Qırmızı Bazar-Şuşakənd-Şuşa, həmçinin Ağdam-Ağdərə-Xankəndi-Şuşa avtomobil yollarından istifadə etməkləri tövsiyə olunur.

Seçilən
31
18
day.az

10Mənbələr