AZ

Suni intellekt böhranı -

İlon Maskın suni intellekt şirkəti xAI tərəfindən hazırlanan “Grok” qlobal miqyasda bloklanma ilə üzləşib. Metbuat.az X platformasına inteqrasiya olunan “Grok”, uşaq istismarı şəkillərinin və razılıq olmadan cinsi məzmunun saxta istehsalındakı işinə görə qlobal miqyasda bloklanıb. Bir çox ölkə təhlükəsizlik tədbirlərinin qeyri-kafi olduğunu iddia edərək çatbota girişi bloklayıb.

Qeyd edək ki, “Reuters”, “The Atlantic” və “Wired” kimi təşkilatlar tərəfindən aparılan araşdırmalara görə, “Grok”un təhlükəsizlik maneələri asanlıqla aradan qaldırıla bilər. “Grok” tərəfindən yayılan dezinformasiya və təhqiramiz görüntülərə qarşı İndoneziya, Malayziya təhlükəsizlik zəifliklərini əsas gətirərək xidmətə girişi müvəqqəti olaraq bloklayıb. Hindistan məsələ barədə araşdırma aparılmasını tapşırıb. Avropa və Böyük Britaniya məsələ barədə sərt reaksiya verib.

Seçilən
161
metbuat.az

1Mənbələr