AZ

İran və Ermənistan arasında diplomatik gərginlik yarandı

Ermənistan Daxili İşlər Nazirliyi vətəndaşların sərbəst hərəkətinə və dinc toplaşmaq azadlığı hüququnun həyata keçirilməsinə mane olmamağa borcludur.

NOCOMMENT.az xəbər verir ki, bu barədə Ermənistan Daxili İşlər Nazirliyi İran səfiri Şirqulaminin İrəvandakı İran səfirliyinin qarşısında keçirilən müntəzəm etiraz aksiyaları ilə bağlı hüquq-mühafizə orqanlarının hərəkətsizliyinə dair ittihamlarına cavab olaraq bildirib.

Eləcə də vurğulanıb ki, Ermənistan beynəlxalq öhdəliklərinə uyğun olaraq İslam Respublikası səfirliyi də daxil olmaqla bütün diplomatik nümayəndəliklərin təhlükəsizliyini təmin edir.

Daxili İşlər Nazirliyi vətəndaşların konstitusiya hüquqlarına müdaxilə etməmək üçün müəyyən edilmiş qanuni prosedura uyğun olaraq dinc toplantışlara “xidmət göstərməyə” davam edəcəyini bildirib.

Seçilən
117
nocomment.az

1Mənbələr