ain.az, 525.az saytına istinadən bildirir.
İspaniyada 80 yaşlı kişi həyat yoldaşının cəsədini əlil arabasında təyyarə keçirmək istəyib.
525.az xarici KİV-ə istinadən xəbər verir ki, hadisə Tenerife hava limanında baş verib.
Pasport yoxlanışından keçən zaman hava limanı əməkdaşları arabada əyləşən qadının ətrafda yaşananlara reaksiya vermədiyinin fərqinə varıblar. Yoxlanış zamanı onun vəfat etdiyi bəlli olub.
Əri həyat yoldaşının hava limanında yaşadıqları problemlər üzündən öldüyünü söyləyib. Hər halda bu cavab polisi qane etməyib və qoca saxlanılıb.
O, qadının ölümünün əsl səbəbi aydınlaşana kimi həbsdə qalacaq.
L.Tağıyeva
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.