ABŞ-nin milli təhlükəsizlik məqsədləri üçün Qrenlandiyaya ehtiyacı var.Metbuat.az xəbər verir ki, ABŞ Prezidenti Donald Tramp belə açıqlama verib. O bildirib ki, Qrenlandiya ABŞ-nin inşa etdiyi “Qızıl günbəz” üçün vacib ərazidir. Trampın sözlərinə görə, NATO bunun həyata keçirilməsində öncülük etməlidir. Tramp iddia edib ki, ABŞ Qrenlandiyaya nəzarət etməsə, bunu Rusiya və ya Çin həyata keçirəcək. Tramp, “Hərbi baxımdan, ilk müddətimdə əsasən qurduğum və indi yeni və daha da yüksək səviyyəyə qaldırdığım ABŞ-nin böyük gücü olmadan NATO təsirli qüvvə və ya çəkindirici ola bilməz, hətta buna yaxınlaşa da bilməz! Onlar bunu bilirlər, mən də bunu bilirəm”, - deyə bildirib.