AZ

Danimarka və ABŞ işçi qrupu yaradır

BAKI, 15 yanvar. TELEQRAF

Danimarka və Qrenlandiyanın xarici işlər nazirləri Lars Lokke Rasmussen və Vivian Motsfeldt ABŞ-nin vitse-prezidenti Cey Di Vens və dövlət katibi Marko Rubio ilə Vaşinqtonda keçirilən görüşün yekunlarına dair mətbuat konfransı keçiriblər.

Teleqraf xəbər verir ki, mövcud fikir ayrılıqlarına baxmayaraq, tərəflər dialoqu davam etdirmək və vəziyyətin daha ətraflı müzakirəsi üçün işçi qrupunun yaradılması barədə razılığa gəliblər.

Danimarka tərəfi 1951-ci il sazişinə əsasən ABŞ-ın artıq Qrenlandiyada hərbi mövcudluq hüququna malik olduğunu vurğulayıb. Bununla yanaşı, adanın gələcəyi ilə bağlı tərəflərin mövqelərinin prinsipial şəkildə fərqli olduğu bildirilib.

Seçilən
42
3
teleqraf.com

4Mənbələr