AZ

Çində uçan elektrik qurğusu yaradıblar

ain.az, Reyting.az portalına istinadən məlumat verir.

Çində meqavat sinfinə aid olan hava külək elektrik qurğusu ilk dəfə 2000 metrlik bir yüksəkliyə qalxmaqla, səmadan şəbəkəyə enerji ötürməyə başlayıb. Sınaqlar Siçuan əyalətinin İbin şəhərində aparılıb.

Reyting.az-ın məlumatına görə, "S2000" adlanan qurğu sınaq zamanı stabil şəkildə yüksəlib və uğurla 385 kilovat-saat gücündə elektrik enerjisi istehsal edib ki, həmin enerji də birbaşa yerli şəbəkəyə ötürülüb.

Yeni layihənin müəllifi Beijinq Linyin deyib ki, "Yunchuan Energy Technology" şirkətinin hazırladığı "S2000" qurğusu şəhərlərə yaxın ərazilərdə istifadə üçün nəzərdə tutulub və dünyada ilk meqavatlıq hava külək sistemi sayılır.

Qurğu heliumla doldurulmuş aerostatdan, eyni zamanda, böyük halqavari qanaddan ibarətdir.

Mütəxəssislərin sözlərinə görə, qurğu demək olar ki, 30 dəqiqə ərzində hədəf hündürlüyə çatan yeni sistem kimi heç bir maneə ilə qarşılaşmayıb, üstəlik, havada sabit qalıb və enerji istehsal edib. Tədqiqatçılar deyiblər ki, istehsal olunan elektrik xüsusi tros-kabel vasitəsilə yerə ötürülür.

"Yunchuan Energy Technology" şirkətindən bildiriblər ki, yüksək hündürlüklərdə külək daha güclü, daha sabit olduğuna görə, bu texnologiya ənənəvi yerüstü külək generatorları üçün əlçatmaz resurslardan istifadə etməyə imkan verir.

Oqtay QORÇU

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
13
reyting.az

1Mənbələr