AZ

Dəmir çatışmazlığının əlamətləri nələrdir?

Dərinin solğunlaşması, xüsusilə dodaqlarda göyərmə, dırnaqların kövrəkləşməsi, saç tökülməsi, eləcə də təbaşir, buz və torpaq yemək istəyi orqanizmdə dəmir çatışmazlığının klinik əlamətləri ola bilər.

Aznews.az xəbər verir ki, bu barədə gazeta.ru-ya terapevt, profpatoloq Svetlana Burnatskaya məlumat verib.

Həkimin sözlərinə görə, solğunluq təkbaşına dəmir çatışmazlığını göstərən əsas əlamət hesab edilmir və digər şikayətlərlə – halsızlıq, təngnəfəslik, başgicəllənmə, ürək döyüntülərinin artması ilə birlikdə qiymətləndirilməlidir. Bu kimi simptomlar iki həftədən artıq davam edərsə, mütləq həkimə müraciət edilməli, ferritin səviyyəsi də daxil olmaqla ümumi qan analizi verilməlidir.

Təhlükəli əlamətlər sırasında daimi yorğunluq, diqqətin azalması, ağız kənarlarında çatlar, dad hissinin pozulması (təbaşir, buz, torpaq yemək istəyi, “pika” fenomeni), yüngül fiziki yüklənmədə belə təngnəfəslik, taxikardiya, dəri və saçların quruluğu qeyd olunur. Bu əlamətlərin bol menstrual dövrü olan qadınlarda və xroniki qastroenteroloji xəstəliklərdən əziyyət çəkən şəxslərdə müşahidə edilməsi xüsusilə narahatedicidir.

Seçilən
68
1
aznews.az

2Mənbələr