AZ

Əraqçi: İsrail ABŞ-ni İslam Respublikası ilə münaqişəyə cəlb etməyə çalışıb

BAKI, 15 yanvar. TELEQRAF

İranın xarici işlər naziri Abbas Əraqçi bildirib ki, İsrail hakimiyyəti nümayişçilərin sıralarına sızdırılmış terrorçular vasitəsilə ABŞ Prezidenti Donald Tramp və onun administrasiyasını İranla münaqişəyə cəlb etməyə cəhd göstərib.

Teleqraf xəbər verir ki, Əraqçi bunu "Fox News" telekanalına müsahibəsində deyib. Onun sözlərinə görə, İran təhlükəsizlik qüvvələri etirazçılarla deyil, silahlı terrorçularla qarşı-qarşıya qalıb.

“Üç gün ərzində biz faktiki olaraq etirazçılarla deyil, terrorçularla döyüşdük. Onlar insanlara atəş açmağa başlayanda bunu yalnız bir məqsədlə edirdilər – qurbanların sayını artırmaq. Çünki Prezident Tramp qətllər baş verərsə, müdaxilə edəcəyini demişdi və onlar onu münaqişəyə cəlb etmək istəyirdilər. İsrailin planı da məhz bundan ibarət idi ki, ABŞ prezidentini bu qarşıdurmaya sürükləmək”, - deyə nazir vurğulayıb.

Seçilən
21
2
teleqraf.com

3Mənbələr