Türkiyə kubokunda qrup mərhələsinin 2-ci turunun oyunları keçirilir.
QOL.az xəbər verir ki, bu gün daha 4 oyun olub.
“Trabzonspor” səfərdə “İstanbulspor”a qalib gəlib. “Samsunspor” “Aliağa” üzərində darmadağına sevinib. “Antalyaspor” “Gənclərbirliyi”nə uduzub. “Fənərbaxça” isə “Beyoğlu Yeni Çarşı”nı tək qolla üstələyib.
Türkiyə Kuboku
2-ci tur
14 yanvar
A qrupu
"İstanbulspor" – "Trabzonspor " - 1:6
B qrupu
"Antalyaspor" – "Gənclərbirliyi" - 0:1
"Aliağa" – "Samsunspor" - 2:6
C qrupu
"Beyoğlu Yeni Çarşı" – "Fənərbaxça" - 0:1