AZ

“Real Madrid” İspaniya Kral Kubokunda mübarizəni dayandırıb

"Real Madrid" İspaniya Kubokunun 1/8 final mərhələsinin səfər oyununda Albaseteyə 2:3 hesabı ilə məğlub olub.

APA xəbər verir ki, qalib komandanın heyətində qolları Xavi Vilyar (42-ci dəqiqə) və Xefte Betankor (82, 90+4) vurub.

Məğlub tərəfdə isə Franko Mastantuono (45+3) və Qonsalo Qarsiya (90+1) fərqləniblər.

Bununla da "Real Madrid" İspaniya Kral Kubokunda mübarizəni dayandırıb.

“Real” bu görüşü baş məşqçi postuna yeni təyin olunmuş Alvaro Arbeloaun rəhbərliyi altında keçirib.

İspaniya millisinin tərkibində dünya çempionu olmuş Arbeloa yanvarın 12-də baş məşqçi təyin edilərək Xabi Alonsonu əvəzləyib. Alonso komandaya may ayından rəhbərlik edirdi.

Seçilən
10
2
apa.az

3Mənbələr