AZ

“Real” tarixində ilk dəfə "Albasete"yə uduzaraq Kral Kubokundan kənarda qalıb

BAKI, 15 yanvar. TELEQRAF

İspaniya Kral Kubokunun 1/8 final mərhələsində "Real Madrid" səfərdə "Albasete"yə 2:3 hesabı ilə uduzub.

Teleqraf xəbər verir ki, görüşdə meydan sahiblərinin qollarını Xavi Vilyar (42) və Hefte Betankor (82, 90+4) vurub. “Real”ın heyətində isə Franko Mastantuono (45+3) və Qonsalo Qarsiya (90+1) fərqlənib.

Bu qarşılaşma “kral klubu”nun Alvaro Arbeloa rəhbərliyi altında keçirdiyi ilk oyun olub. Dünya çempionu 12 yanvarda baş məşqçi postuna təyin edilib və bu vəzifədə Xabi Alonsonu əvəzləyib.

Qeyd edək ki, “Albasete” tarixində ilk dəfə “Real” üzərində qələbə qazanıb. Komandalar indiyədək 14 dəfə qarşılaşıb, bu oyunlara qədər Madrid təmsilçisi 11 qələbə əldə etmişdi. Sonuncu duel 2005-ci ilin aprelində La Liqada baş tutmuş, “Real” səfərdə 2:1 hesabı ilə qalib gəlmişdi. Hazırda “Albasete” ölkə çempionatının ikinci divizionunda 17-ci pillədə qərarlaşıb.

Xatırladaq ki, Kral Kubokunun son qalibi "Barselona"dır. Turnirin tarixində ən çox çempionluq da (32) katalon klubuna məxsusdur. Ötən mövsümün finalında “Real” “Barselona”ya əlavə vaxtda 2:3 hesabı ilə məğlub olmuşdu.

Seçilən
66
teleqraf.com

1Mənbələr