AZ

MAX messenceri SINDIRILDI: 15 milyondan çox istifadəçinin məlumatı OĞURLANDI – FOTO

MAX messenceri haker hücumuna məruz qalıb.

İnterpress.az xəbər verir ki, bu barədə xarici mətbuat məlumat yayıb.

Haker qruplaşması “MAX” messencerini sındırdığını və 15 milyon 400 min profilin bütün məlumatlarını ələ keçirdiyini elan edib.

Məlumata görə, sızdırılan 142 giqabaytlıq baza aşağıdakı məlumatları əhatə edir:
• İstifadəçilərin tam adı (soyadı, adı, ata adı);
• Telefon nömrələri;
• Sessiya tokenləri və şifrə heşləri;
• Metadatalar;
• Bəkendin (backend) mənbə kodu və hətta şifrələmə modulu.

Hakerlər sözlərinin sübutu kimi Rusiya Dövlət Dumasının deputatı Brykınə məxsus məlumatları bazadan çıxararaq paylaşıblar.

Dövlət messencerinin yaradıcıları hələlik hakerlərin bu bəyanatına heç bir şərh verməyiblər.

Xuraman Etibarlı

İnterpress.az

Seçilən
50
interpress.az

1Mənbələr