AZ

2025-ci ildə hər beş gəncdən biri təhsil almayıb və işləməyib

Bakı. Trend:

2025-ci ildə dünya üzrə hər beş gəncdən biri əmək bazarındaiştirak etməyib və ya təhsil almayıb.

Trend-inməlumatına görə, bu barədə BMT-nin ixtisaslaşmış qurumu olanBeynəlxalq Əmək Təşkilatının 2025-ci il üçün məşğulluq hesabatındabildirilir.

Hesabata görə, əmək, təhsil və ya təlimlə məşğul olmayangənclərin nisbəti 20 %-ə çatıb. Bu o deməkdir ki, 257 milyon insangələcək əmək bazarı perspektivləri üçün zəruri bilik və təcrübəqazanmaq imkanından məhrum olub.

Qeyd olunur ki, bu göstəricidə artım tendensiyası 2023-cü ildəbaşlayıb və 2027-ci ilə qədər orta tempdə davam edəcək.

Təşkilatın məlumatına görə, göstərici yüksək gəlirli ölkələrdəən aşağı (10,9 %), aşağı gəlirli ölkələrdə isə ən yüksək (27,9 %)səviyyədə olub.

Seçilən
117
az.trend.az

1Mənbələr