AZ

Prezident yeni planını işə saldı

“Prezident İlham Əliyev 2020-ci ildə qazanılan tarixi zəfərdən və 2023-cü ildə ölkəmizin suverenliyinin tam təmin olunmasından sonra yeni strateji vəzifə müəyyən edib. Bu, Qarabağla Şərqi Zəngəzurun bərpası və yenidən qurulması, eləcə də sözügedən bölgələrin Azərbaycan iqtisadiyyatına tam inteqrasiyasını nəzərdə tutur. Bu məqsədlə artıq birinci Dövlət Proqramı qəbul edilib və onun icrası 2026-cı ildə yekunlaşır”.

Publika.az xəbər verir ki, bu sözləri Globalinfo.az-a deputat Elman Nəsirov Prezident İlham Əliyevin Ağdərə və Tərtər rayonlarına son səfərini şərh edərkən deyib.

Deputat bildirib ki, ölkə başçısı keçmiş məcburi köçkünlərin öz doğma yurdlarına qayıdışını təmin etmək üçün bu prosesi şəxsən nəzarətdə saxlayır və mütəmadi olaraq həmin bölgələrə səfərlər edir:

“Bu səfərlər çərçivəsində yeni infrastruktur obyektləri istifadəyə verilir, təməlqoyma mərasimləri keçirilir, şəhər və rayonların baş planları qəbul edilərək təsdiq olunur. Nəticədə Qarabağ və Şərqi Zəngəzur bölgələri qısa müddətdə sürətlə inkişaf edir. 2026-cı il üçün bu məqsədlə 3,5 milyard manat vəsait ayrılıb. Ümumilikdə isə 2021-ci ildən 2025-ci ilin sonunadək Qarabağ və Şərqi Zəngəzurun bərpasına 22 milyard manat vəsait yönəldilib. Bu faktlar göstərir ki, güclü siyasi iradə və kifayət qədər maliyyə imkanları mövcuddur. Prosesə birbaşa Prezident rəhbərlik edir. Artıq 73 mindən çox keçmiş məcburi köçkün və bu ərazilərdə çalışan şəxslər həmin bölgələrdə məskunlaşıb. İlham Əliyevin yanvarın 13-də Tərtər və Ağdərə rayonlarına səfəri də məhz bu kontekstdə qiymətləndirilməlidir”.

Millət vəkili xatırladıb ki, səfər çərçivəsində dövlət başçısı Ağdərənin Aşağı Oratağ, Çıldıran, Heyvalı və Çapar kəndlərinin sakinləri ilə görüşüb:

Seçilən
21
1
publika.az

2Mənbələr