AZ

İyun ayında etdiyiniz səhvi təkrarlamayın İrandan ABŞ yə ÇAĞIRIŞ

Redaktor.az saytından alınan məlumata görə, ain.az bildirir.

İranın xarici işlər naziri Abbas Əraqçi ABŞ-ni ötənilki səhvi təkrarlamamağa və Vaşinqtonla Tehran arasında fikir ayrılıqlarının həllində diplomatiya yolunu seçməyə çağırıb.

Redaktor.az xəbər verir ki, o bu haqda “Fox News”a müsahibəsində danışıb.

“Mesajım budur: İyun ayında etdiyiniz səhvi təkrarlamayın. Əgər uğursuz eksperimenti təkrarlamağa cəhd etsəniz, nəticə eyni olacaq. İyun ayında siz obyektləri və avadanlıqları məhv etdiniz, ancaq texnologiya və qətiyyəti bombalaya bilməzsiniz”, - İran XİN rəhbəri bildirib.

Əraqçi qeyd edib ki, İran hakimiyyəti 20 ildir danışıqlara hazır olduğunu nümayiş etdirib, lakin ABŞ bu müddət ərzində həmişə “diplomatiyadan qaçıb və müharibəni seçib”.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
50
2
redaktor.az

3Mənbələr