UFC əfsanəsi, “Real”ın çılğın azarkeşi Həbib Nurməhəmmədov Xabi Alonsonun “RealÜın baş məşqçisi postundan getməsinə reaksiya verib.
Azreform.info xəbər verir ki, Nurməhəmmədov sosial şəbəkədə yazıb:
“Sədaqət yoxdur. Bir il əvvəl ona yalvarırdılar. İndi onu işdən çıxarıblar. Hamısı bu korlanmış uşaqlara görədir. Xabi, sən ən yaxşısan”.
Alonsonun “Real”la müqaviləsi bazar ertəsi qarşılıqlı razılaşma əsasında ləğv edilib.