İran bütün təyyarələr üçün hava məkanını bağlayıb.
Bu barədə "Flightradar24" portalının "X" hesabındakı məlumatda deyilir.
Məlumata görə, yalnız əvvəlcədən icazə almış beynəlxalq reyslərə uçuşlara icazə verilir.
Tehran tərəfindən yayımlanan NOTAM-a əsasən, məhdudiyyətlər yanvarın 15-i saat 08:00-dək qüvvədə olacaq.
Yanvarın 14-də Reuters ABŞ-ın 24 saat ərzində İrana zərbə endirə biləcəyi barədə xəbər vermişdi.
Tarix: 15 Yanvar 2026, 08:23