AZ

İrandakı etirazlarda ölənlərin və saxlanılanların sayı artdı

İranda davam edən etirazlarda ölənlərin sayı açıqlanıb.

Publika.az xəbər verir ki, "Human Rights Activist News Agency" (HRANA) təşkilatının aksiyaların 18-ci gününün yekunlarına dair hesabatı yayımlanıb.

Hesabata görə, İranda keçirilən etiraz aksiyalarına təhlükəsizlik qüvvələrinin sərt müdaxiləsi nəticəsində ölənlərin sayı 2 615-ə yüksəlib, 18 470 nəfər isə həbs edilib.

Ölənlərdən 13-nün uşaq, 14-nün isə aksiyalarda iştirak etməyən mülki şəxslər olduğu bildirilib. 153 təhlükəsizlik qüvvəsi əməkdaşı ölüb.

Seçilən
28
4
publika.az

10Mənbələr