AZ

Afrika Millətlər Kubokunda finalçılar bəlli oldu

Mərakeşdə keçirilən Afrika Millətlər Kubokunda finalçılar bəlli olub. 

Fanat.Az xəbər verir ki, ilk yarımfinal matçında Seneqal ilə Misir milli komandaları qarşılaşıb.

Seneqal Məhəmməd Salahın komandasını 1:0 hesabı ilə məğlub edərək adını finala yazdırıb. Oyunda yeganə qolu 78-ci dəqiqədə Sadio Mane vurub.

Ev sahibi Mərakeş isə Nigeriya ilə qarşılaşıb. Əsas və əlavə vaxtı qolsuz bərabərliklə (0:0) başa çatan oyunun taleyini penaltilər seriyası həll edib. Bu seriyada daha dəqiq olan (4:2) Mərakeş millisi həlledici oyuna vəsiqə qazanıb.

Beləliklə, final oyununda Mərakeş və Seneqal yığmaları qarşılaşacaqlar. Qalibin adına yanvarın 18-də aydınlıq gələcək. 

Seçilən
22
fanat.az

1Mənbələr