[center]
[/center]Oğuz rayonunda torpaq qalmaqalı yaşanır.
Qaynarinfo xəbər verir ki, rayon sakini Şahin Həbibullayev ona məxsus torpaq sahəsinin zəbt olunduğunu deyir.O, saytımıza bildirib ki, torpağını zəbt edən şəxs “Meyvə Bağları” MMC-nin sahibi Ələsgər Həmzəyevdir.Şahin Həbibullayevin sözlərinə görə, o, zəbt edilmiş torpaq sahəsinin 2020-ci ildə alıb. “Torpağın sahəsi 4 hektardır. 2020-ci ildə almışam. Bütün sənədləri də əlimdədir. Amma 5 ildir ki, həmin torpaq Ələsgər Həmzəyev tərəfindən zəbt edilib”, – deyə şikayətçi bildirib.O əlavə edib ki, Ələsgər Həmzəyevin əlində hər hansı sənəd yoxdur.“Heç bir sənədi yoxdur. Sadəcə torpağımı zəbt edib. Mən öz torpağımdan istifadə edə bilmirəm. Mənə hücumlar olur”, – Şahin Həbibullayev vurğulayıb.Şikayətçi deyib ki, baş verənlər barədə hüquq-mühafizə orqanlarına müraciət edib və hazırda araşdırma aparılır.“Amma onun himayədarları güclüdür. Ona görə də məsələ həllini tapmır”, – Həbibullayev əlavə edib.Şahin Qocayev bildirib ki, torpaq sahəsi Oğuz rayonunun Padar kəndində yerləşir.Onun iddiasına görə, Ələsgər Həmzəyev başqa sakinlərə qarşı da oxşar addımlar atıb: “Nər sirdirsə, bu adamın əməlləri ilə bağlı hər hansı tədbir görülmür”.Şahin Həbibullayevin iddiaları ilə bağlı Ələsgər Həmzəyevin mövqeyini öyrənmək mümkün olmayıb.Araşdırmalarımız nəticəsində məlum olub ki, “Meyvə Bağları” MMC 2022-ci ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 10 manatdır. Şirkətin hüquqi ünvanı Bakı şəhəri Yasamal rayonu, Tağı Şahbazi küçəsi, ev108, mənzil 4-də yerləşir. Şirkət və qanuni təmsilçisi haqqında açıq mənbələrdə heç bir məlumat yoxdur.(Qaynarinfo )[center]



[/center]