AZ

Bu tarixə qədər Ayda otel açılacaq

Kaliforniyanən "Galactic Resource Utilization Space" (GRU) startapı 2032-ci ilə qədər dünyada ilk Ay otelini açmaq niyyətində olduğunu bəyan edib.

Azreform.info xəbər verir ki, şirkət artıq bronlaşdırma üçün vebsayt yaradıb. Maraqlanan şəxslərdən ilk kosmik turistlər sırasında olmaq üçün 1 milyon dollar məbləğində avans ödənişi tələb olunur.

GRU-nun bəyanatında bildirilir ki, layihənin həyata keçirilməsi üçün patentləşdirilmiş yaşayış modulları sistemi və avtomatlaşdırılmış proses vasitəsilə Ay torpağının möhkəm konstruksiyalara çevrilməsi istifadə olunacaq. Tikintiyə 2029-cu ildə, müvafiq tənzimləyici icazələr alındıqdan sonra başlanması planlaşdırılır.

Otelin əsas auditoriyası əvvəlki kommersiya kosmik uçuşlarına qatılmış şəxslər və eksklüziv bal ayı keçirmək istəyən varlı cütlüklər olacaq. GRU-nun təsisçisi, 21 yaşlı Kaliforniya Universiteti məzunu Skayler Çan, kosmik turizmi “Ay iqtisadiyyatı” yaratmaq və insanlığı planetlərarası sivilizasiyaya çevirmək üçün vacib bir addım kimi qiymətləndirib.(axsam)

Seçilən
59
3
azreform.info

4Mənbələr