Bakı. Trend:
İran ABŞ-nin ölkənin daxili məsələlərinə müdaxiləsini bir dahasərt şəkildə qınayır.
Trend-inməlumatına görə, bunu İran xarici işlər naziri Seyid Abbas ƏraqçiHindistanın xarici işlər naziri Subrahmanyam Cayşankar ilə telefonsöhbətində deyib.
Telefon söhbətində iranlı nazir ölkədə keçirilən dinc etirazaksiyalarının müxtəlif terror qruplaşmaları tərəfindən iğtişaşlaraçevrildiyini qeyd edib və İranın istənilən fitnəkar planlarlamübarizə etmək iqtidarında olduğunu deyib.
Telefon söhbətində Hindistan xarici işlər naziri SubrahmanyamCayşankar da iki ölkənin münasibətlərinin əhəmiyyətini qeyd edərəkregionda gərginliyin artmasının qarşısının alınması və sabitliyinbərpa olunasının vacibliyini vurğulayıb və ölkəsinin bu istiqamətdəəməkdaşlığa hazır olduğunu deyib.
Telefon söhbətində iki ölkə nazirləri ikitərəfli münasibətlər,regional və beynəlxalq məsələlər haqda fikir mübadiləsiaparıblar.
Qeyd edək ki, dekabr ayının sonlarından İranın milli valyutasırialın xarici valyutalar qarşısında kəskin dəyər itirməsi, yüksəkinflyasiya və digər iqtisadi problemlərə görə etiraz aksiyalarıbaşlayıb. Etirazlarda ölən və yaralananları olduğu bildirilsə də,say haqda məlumat verilməyib.