Qvineyalı yarımmüdafiəçisi Nabi Keyta Almaniyanın "Verder" klubundan birdəfəlik ayrılıb.
Fanat.Az xəbər verir ki, 30 yaşlı futbolçu karyerasını Macarıstanın "Ferentsvaroş" klubunda davam etdirəcək.
Məlumatı klubun rəsmi saytı yayıb.
2018-2019 mövsümündə "Liverpul"la Çempionlar Liqasının qalibi (Premyer Liqada 84 oyun və 7 qol keçirib) oyunçu 2024-cü ilin dekabr ayından bəri icarə əsasında çıxış etdiyi Macarıstan klubu ilə tammüddətli müqavilə imzalayıb.
Keyta bu mövsüm "Ferentsvaroş"un heyətində 17 matça çıxaraq üç məhsuldar ötürmə ilə yadda qalıb.