AZ

Şahdağda gözəl qış mənzərəsi – FOTO

Şahdağ Milli Parkının Oğuz bölməsi əsl qış günlərini yaşayır.

Bizim.Media-nın yerli bürosu xəbər verir ki, Milli Parkın Oğuz bölməsi rayonun Baş Daşağıl kəndinə kimi uzanır. Elə izləyicilərimizə təqdim etdiyimiz şəkillər də həmin ərazilərdən səhər saatlarında çəkilib.

Milli Parkın ərazisində istənilən ağac və bitki növləri, eləcə də çox sayda heyvanlar yaşayır, mühafizə olunur.

Parkın ərazisində qarlı havalarda gəzintiyə çıxmaq istəyənlər də az deyil. Bu səbəbdən onlar üçün şəlalə və dağ gəzintisi təşkil edilir. Bu məqsədlə Parkın girişində əməkdaşlar qonaqları qarşılayır və onlara müxtəlif marşrutlar təklif edir.

Həftəsonları qarlı dağ havasından dadmaq və səyahət etmək istəyənlər rəsmlərdəki mənzərələri canlı görmək imkanı qazana bilər.











Tural Rasim oğlu, Bizim.Media, Şimal-Qərb bürosu

Seçilən
26
1
bizim.media

2Mənbələr