"Real" klubu baş məşqçi Alvaro Arbeloanu yaxın müddətdə istefaya göndərə bilər.
Offsideplus.az xəbər verir ki, bu barədə "The Touchline" məlumat yayıb.
"Real" ölkə kubokunun 1/8 finalında "Albasete"yə 2:3 hesabı ilə uduzaraq mübarizəni dayandırsa da, rəhbərlik Alvaroya daha bir şans verəcək.
Mütəxəssis qısa zamanda özünü doğrulda bilməsə, İspaniya təmsilçisi onu göndərməkdə tərəddüd etməyəcək.
Qeyd edək ki, 42 yaşlı Alvaro Arbeloa yanvarın 13-də "Real"ın baş məşqçi postuna təyin olunub.