AZ

Taliska “Fənərbaxça”ya qələbə qazandırdı - VİDEO

Türkiyə Kubokunun C qrupunda ikinci matçına çıxan “Fənərbaxça” səfərdə TFF 2-ci Liqa təmsilçisi “Beyoğlu Yeni Çarşı”nı minimal hesabla məğlub edib.

Sportinfo.az xəbər verir ki, Kasımpaşadakı “Recep Tayyip Erdoğan” stadionunda keçirilən qarşılaşma “sarı-lacivərdlilər”in 1:0 hesablı qələbəsi ilə başa çatıb.

Matç boyu üstünlüyü əlində saxlayan Domeniko Tedeskonun yetirmələri axtardıqları qolu oyunun sonlarında tapıblar. 82-ci dəqiqədə uzaq məsafədən baxımlı zərbə ilə Anderson Taliska komandasına vacib 3 xalı qazandıran qola imza atıb.

Bu qələbə ilə xallarını 3-ə yüksəldən “Fənərbaxça” qrupdakı mövqeyini yaxşılaşdırıb.

Seçilən
22
sportinfo.az

1Mənbələr