ain.az bildirir, Reyting.az portalına istinadən.
“Honda Motor” şirkəti 2026-cı il üçün daha əlçatan qiymətə malik elektrik avtomobilləri ilə yanaşı, benzin mühərrikli avtomobillərin istehsalını da artırmağı planlaşdırır.
Reyting.az “Bloomberg” agentliyinə istinadla xəbər verir ki, ABŞ bazarında bu ildən etibarən şirkət elektromobillərdən çox, benzinlə işləyən yeni model avtomobillərə üstünlük verəcək.
“Honda”nın ABŞ üzrə satış rəhbəri Lens Vulferin sözlərinə görə, bu qərar ucuz modellərə artan tələbatla bağlıdır.
Hazırda ABŞ-da yeni avtomobillərin orta satış qiyməti təxminən 50 min dollar təşkil edir ki, bu da bir çox alıcı üçün əlçatmazdır.
Qeyd olunur ki, hibrid və yeni elektrik avtomobilləri bazarda daha baha olsa da, yanacaq qənaəti hesabına sonradan xərcləri qismən kompensasiya edə bilər.
Oqtay QORÇU
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.