AZ

Milli Qəhrəman Şahin Tağıyevin cənazəsi bu gün Bakıya gətirilir:

Azərbaycanın Milli Qəhrəmanı Şahin Tağıyevla vida və dəfn mərasimi sabah saat 11:00-də keçiriləcək.

 

Bu barədə APA-ya mərhumun ailə üzvləri məlumat veriblər.

 

O, Hərbi Memorial Məzarlıqda dəfn olunacaq.

 

Qeyd edək ki, Milli Qəhrəmanın cənazəsi bu gün axşam Bakıya gətiriləcək.

 

Xatırladaq ki, əslən Şuşadan olan Şahin Tağıyev 1949-cu il fevralın 3-də Tərtər şəhərində doğulub. O, 2001-ci ildə Azərbaycanı tərk edərək Avropaya köçüb. Şahin Tağıyev İsveçdə qocalar evində uzun sürən xəstəlikdən sonra vəfat edib.

Seçilən
77
11
senzor.az

10Mənbələr