Son günlər müşahidə olunan kəskin soyuq hava şəraiti fonunda bəzi məktəblərdə dərslərin təxirə salınması məsələsi gündəmə gəlib. Maraqlıdır, bu halda itirilən dərs saatlarının şənbə günləri hesabına kompensasiya olunması mümkündürmü?
Publika.az xəbər verir ki, mövzu ilə bağlı KONKRET.az-a açıqlama verən təhsil eksperti Ramin Nurəliyev bildirib ki, orta ümumtəhsil müəssisələrində tədris proqramı və dərs müddəti ilə bağlı hər hansı dəyişiklik yalnız Elm və Təhsil Nazirliyinin və müvafiq regional təhsil idarələrinin razılığı əsasında həyata keçirilə bilər.
Ekspertin sözlərinə görə, məktəblər öz təşəbbüsü ilə, hava şəraitinin kəskin soyuq olması və ya digər səbəbləri əsas gətirərək dərs vaxtlarını dəyişə bilməz:
“İstər hava şəraiti, istər yol şəraitinin buzlu olması, istərsə də hər hansı xəstəlik halları olsun, bütün bu hallarda mütləq şəkildə aidiyyəti qurumlardan rəsmi icazə alınmalıdır. Bu razılıq olmadan atılan addımlar qanunauyğun hesab edilmir.”
Ramin Nurəliyev qeyd edib ki, dərslərin şənbə gününə keçirilməsi də müəyyən çətinliklər yarada bilər: