AZ

 İran etirazlarda ölənlərin məsuliyyətini kənar qüvvələrin üzərinəATDI

İranın xarici işlər naziri Abbas Əraqçı baş verən hadisələrə görə məsuliyyəti İran hakimiyyətinin deyil, xarici qüvvələrin daşıdığını iddia edib.

Redaktor.az xəbər verir ki, o, “Fox News” telekanalına müsahibədə ölkədə etirazlar zamanı ölənlərin sayı ilə bağlı sualı cavablandırıb.

Əraqçının sözlərinə görə, etirazlar zamanı insanlara atəş açılmasının məqsədi ölənlərin sayını süni şəkildə artırmaq olub. Nazir bildirib ki, bununla ABŞ prezidenti Donald Trampın “qırğın olacağı təqdirdə müdaxilə edəcəyi” ilə bağlı açıqlamasından istifadə etmək istəyiblər.

İran XİN rəhbəri iddia edib ki, bu plan İsrail tərəfindən hazırlanıb və məqsəd ABŞ prezidentini münaqişəyə cəlb etmək olub. Onun sözlərinə görə, bu niyyətlə mülki şəxslər və polislər öldürülüb, müxtəlif şəhərlərdə qarşıdurma yaradılaraq ölkə daxilində faktiki olaraq müharibə görüntüsü formalaşdırılmağa çalışılıb.

Nuriyyə NATİQQIZI

Seçilən
97
redaktor.az

1Mənbələr