AZ

Trampdan bəzi idxal malları ilə bağlı sərt addım yüksək rüsumlar tətbiq edildi

ain.az, Oxu.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

ABŞ Prezidenti Donald Tramp bəzi yarımkeçiricilərin və onların istehsal avadanlıqlarının idxalına 25% rüsum tətbiq edib.

Oxu.Az-ın xəbərinə görə, müvafiq fərman Ağ Evin saytında dərc edilib.

Tramp qeyd edib ki, bu addım milli təhlükəsizliyi təmin etmək üçün atılıb. Yeni rüsumlar ABŞ-nin çip istehsalının inkişafı, məlumat mərkəzlərində istifadə, tədqiqat və işlənib hazırlanma, startaplar və mülki sənaye tətbiqləri üçün xaricdən idxal edilən müəyyən mallara şamil olunacaq.

Ağ Evdən bildirilib ki, ABŞ-nin istehsal gücü milli müdafiə tələblərinin və kommersiya sənayesinin artan tələblərinin ödənilməsi üçün kifayət etmir.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
74
oxu.az

1Mənbələr