Bakı.Trend:
Beynəlxalq Avtomobil Nəqliyyatı İttifaqı (IRU) Vyanada TürkDövlətləri Təşkilatı və Avropada Təhlükəsizlik və ƏməkdaşlıqTəşkilatı tərəfindən təşkil olunan “TurkicWeek” adlı iri tədbirdəgetdikcə daha böyük əhəmiyyət qazanan Orta Dəhliz boyunca yükaxınlarının optimallaşdırılması üzrə konkret tədbirlər təqdimedib.
Bu barədə TrendIRU-ya istinadən xəbər verir.
Tədbirdə çıxış edən IRU-nun baş katibi Umberto de Prettobildirib ki, Orta Dəhliz qlobal təchizat zəncirlərindəkidəyişikliklərə, geosiyasi risklərə və dayanıqlı quru marşrutlarınaartan tələbata cavabdehdir.
Umberto de Prettonun sözlərinə görə, Orta Dəhliz üzrə ticarətsürətlə artır və yükdaşımaların həcminin 2030-cu ilə qədər üç dəfəartacağı gözlənilir.
“2022-ci ildən etibarən logistika bazarının bir çox iştirakçısıOrta Dəhlizi ənənəvi dəniz marşrutlarına real alternativ kimiqiymətləndirir.
Orta Dəhliz üzrə ticarət də transformasiya olunur. Əvvəllərəsasən xammal – neft və mineral resursların daşınmasınayönəlmişdisə, hazırda sürətlə konteyner daşımalarına keçid başverir. Son 12 ay ərzində konteyner daşımalarının həcmi üç dəfədənçox artıb. Konteyner axınının 60 faizindən çoxunu Çindən Avropayagöndərilən mallar təşkil edir”, – deyə o bildirib.
Umberto de Prettonun sözlərinə görə, Orta Dəhliz üzrə ticarətsürətlə artır və yükdaşımaların həcminin 2030-cu ilə qədər üç dəfəartacağı gözlənilir.
“Lakin sərhəd keçid prosedurlarının təkmilləşdirilməsi də daxilolmaqla, dəhlizin modernləşdirilməsi həyata keçirilməzsə, daşımayaolan tələbat proqnozlaşdırılan artımdan 35 faiz aşağı olacaq.
Biz Orta Dəhlizin gücləndirilməsi üzərində çalışırıq. Bu isəprosedurların sadələşdirilməsini, proqnozlaşdırılabilənliyinartırılmasını və əməkdaşlığın genişləndirilməsini tələb edir”, –deyə baş katib yekunlaşdırıb.
Qeyd edək ki, Orta Dəhliz regionun bir sıra ölkələrindən keçən,Asiya ilə Avropanı birləşdirən nəqliyyat və ticarət marşrutudur.Bu, ənənəvi Şimal və Cənub dəhlizlərinə alternativdir.
Marşrut Çindən başlayır və Qazaxıstan, Özbəkistan vəTürkmənistan kimi Mərkəzi Asiya ölkələrindən keçərək, Xəzər dənizi,Azərbaycan, Gürcüstan və Türkiyədən keçərək Avropaya çatır. OrtaDəhliz Asiyanın şərq bölgələrini, o cümlədən, Çini Avropa iləbirləşdirən, daha uzun dəniz yollarından yan keçməklə quru yolutəklif edir.