AZ

Səhər daha yaxşı hiss etməyinYOLLARI

Ümumi praktik həkim Rob Gallowey bildirib ki, səhər daha yaxşı hiss etmək üçün qəhvə içmək və səhər yeməyi vaxtı önəmlidir.

Redaktor.az xəbər verir ki, bu barədə məlumatı "Daily Mail" nəşri yayıb.

Həkimin sözlərinə görə, səhər ilk qəhvəni içmək üçün ideal vaxt oyanandan təxminən 25–30 dəqiqə sonra başlayır.

Gallowey qeyd edib ki, oyananda əvvəlcə bir stəkan su içir, dişlərini təmizləyir, on dəqiqəlik yüngül gimnastika edir və sonra qəhvəsini hazırlayır.

 “Səhər oyanandan bir saat ərzində qəhvə içməmək tövsiyəsi bizim hormonal proseslərimizi yanlış başa düşməkdən yaranıb. İlk 60 dəqiqə ərzində bədəndə kortizol səviyyəsi artır və deyilir ki, kofein buna mane olur. Əslində isə qəhvə içənlərdə bu maddəyə qarşı tolerantlıq yaranır və zamanla kofein kortizol artımına təsir etmir”, – deyə həkim bildirib.

Aytəkin TOFİQQIZI

Seçilən
80
1
redaktor.az

2Mənbələr