ain.az, Avtosfer portalına istinadən məlumat verir.
Lənkəranda kobud qayda pozan sürücü videolarını sosial şəbəkədə yayıb.
Avtosfer.az-ın məlumatına görə, 77-KB-974 dövlət nömrə nişanlı “Khazar” markalı avtomobilin sürücüsü qarşı tərəfdən gələn nəqliyyat vasitəsinə məhəl qoymadan bütöv xəttin tələbini pozaraq əks istiqamətli yola çıxıb.
Kadrdan da göründüyü kimi, o, “şou” göstərməyə çalışıb və bu zaman arxadan gələn sürücü onu lentə alıb. Digər görüntüdə isə o, nəqliyyat vasitəsini dövlət nömrə nişanı olmadan idarə edib.
Eyni zamanda sürücü avtomobilin konstruksiyasına dəyişiklik edib və maşının arxa tərəfinə qadağan olunmuş işıq cihazı - sayrışan formada üçüncü stop işığı quraşdırıb.
Nərmin
Oxunub 32
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.