AZ

Rusiyanın neft hasilatı əhəmiyyətli dərəcədə azalıb

Reyting.az saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

2025-ci ilin dekabr ayının sonunda Rusiya son bir il yarım ərzində ilk dəfə olaraq neft hasilatını azaldıb.

Reyting.az xəbər verir ki, bu barədə “Bloomberg” nəşri məlumat yayıb.

Nəşrin təhlilinə əsasən, ölkədə neft hasilatı sutkada 9,326 milyon barelə düşüb. Bu göstərici Rusiyanın özü üçün müəyyən etdiyi 9,574 milyon barellik kvotadan təxminən 200 min barel azdır.

Əhəmiyyətli azalmaya baxmayaraq, ekspertlər sanksiyaların təsiri və uzunmüddətli tendensiyalarla bağlı qəti nəticə çıxarmağın hələ tez olduğunu bildirirlər. Onların fikrincə, azalma statistik təhriflər, neft emalı zavodlarının fəaliyyətinin zəifləməsi və ya hesablama metodologiyalarındakı fərqlər kimi birdəfəlik amillərlə izah oluna bilər.

Sənaye üçün əsas problemlərdən biri xarici iqtisadi şəraitdir. Dekabr ayında Urals markalı xam neftin orta qiyməti bir barel üçün 39,17 dollara düşüb. Brent markalı neft isə təxminən 63 dollar səviyyəsində olub ki, bu da rekord endirim deməkdir.

Bu amil möhkəmlənən rubl ilə birlikdə Rusiya ixracatçılarının gəlirlərinin azalmasına səbəb olur. Beləliklə, sanksiya təzyiqi olmasa belə, aşağı neft qiymətləri Rusiya iqtisadiyyatı üçün narahatedici siqnal kimi qiymətləndirilir.

Xatırladaq ki, daha əvvəl elan olunmuşdu: fevralın 1-dən etibarən Avropa Komissiyası Avropa İttifaqı Şurasının qərarına əsasən Rusiya neftinin maksimal qiymətini aşağı salacaq. Yeni yuxarı hədd bir barel üçün 44,1 dollar təşkil edəcək.

V. QULİYEV

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
89
reyting.az

1Mənbələr