AZ

ABŞ səfirliyi xəbərdarlıq etdi: Ehtiyatlı olun KONKRET

ain.az xəbər verir, Konkret.az saytına əsaslanaraq.

ABŞ-ın Dohadakı səfirliyi bölgədə davam edən gərginlik səbəbindən ABŞ vətəndaşlarına və səfirlik işçilərinə xəbərdarlıq edib.

KONKRET.az xəbər verir ki, səfirlik açıqlamasında onlara daha diqqətli olmağı və Əl-Udeyd Hava Bazasına vacib olmayan səyahətləri məhdudlaşdırmağı tövsiyə edib.

Həmçinin ABŞ-ın Qətərdəki Missiyasının hadisələri yaxından izlədiyi və hazırda səfirliyin işçi heyətinin strukturunda və ya əməliyyatlarında heç bir dəyişiklik olmadığı, konsulluq xidmətlərinin normal şəkildə davam etdiyi qeyd edilib.

Səfirlik ABŞ vətəndaşlarına yerli və beynəlxalq xəbər mənbələrini yaxından izləməyi, mümkün pozuntular nəzərə alınmaqla səyahət planlarını nəzərdən keçirməyi tövsiyə edib.

(publika.az)

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
113
11
konkret.az

10Mənbələr