AZ

SON DƏQİQƏ! Uçuşlar ləğv edildi, təyyarələr geri qaytarıldı

ain.az bildirir, Moderator.az portalına istinadən.

Dünən İstanbulda müşahidə olunan əlverişsiz hava şəraiti səbəbindən Sabiha Gökçen Hava Limanında uçuş qrafikində ciddi gecikmələr və dəyişikliklər baş verib.

Moderator.az xəbər verir ki, güclü külək və zəif görünüş nəticəsində AJe aviaşirkətinin bir neçə reysi plan üzrə eniş edə bilməyib. Xüsusilə AJet-in VF374 saylı Süleymaniyə–İstanbul reysi iki dəfə eniş cəhdi etsə də, hava şəraitinə görə təhlükəsizlik məqsədilə Ankaraya yönləndirilib.

Bundan başqa, xüsusən Gebze və Kocaeli ətrafında müşahidə olunan əlverişsiz meteoroloji şərait hava nəqliyyatının normal fəaliyyətinə mane olub.

(Nocomment.az)

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
106
2
moderator.az

3Mənbələr