JASBAR GÖMRÜK XİDMƏTLƏRİ
Sea Breeze
Müasir kommunal infrastruktur turizm sektorunun inkişafı üçün zəruri əsas yaradır və beynəlxalq standartlara uyğun xidmət göstərilməsinə imkan verir.12 yanvar 2026-cı il tarixdə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə keçirilən müşavirə, Bakı şəhəri və Abşeron yarımadasında su təchizatı, tullantı və yağış sularının idarə edilməsi sisteminin təkmilləşdirilməsinə həsr olunmuşdu. 2026-2035-ci illəri əhatə edəcək yeni Dövlət Proqramı yalnız texniki məsələ deyil, eyni zamanda paytaxt və ətrafdakı ərazilərdə yaşayan milyonlarla insanın içməli su və kanalizasiya problemlərinin həlli, ekoloji tarazlığın qorunması və davamlı inkişafın təmin edilməsi baxımından strateji əhəmiyyət daşıyır. Bu gün dünyada əsasən antrapogen təsirlərdən baş verən iqlim dəyişikliyi və şirin su ehtiyatlarının məhdudluğu fonunda əhalinin keyfiyyətli içməli su ilə dayanıqlı təminatı mühüm çağırış olaraq qarşıda durur. Faktdır ki, bu gün Abşeron yarımadasında su təchizatı sahəsində köhnəlmiş su kəməri şəbəkəsi sayəsində yüksək su itkiləri, qeyri-bərabər su təzyiqi, bəzi ərazilərdə fasilələrlə su təminatı və su keyfiyyətində problemlər mövcuddur.Eyni zamanda, kanalizasiya sistemində köhnə və aşınmış boru xətləri, məhdud kanalizasiya şəbəkəsi, bəzi yeni yaşayış massivlərinin sistemə qoşulmaması səbəbindən ciddi ekoloji risklər müşahidə olunur. Yağış sularının idarə edilməsində də zəif drenaj sistemi, güclü yağışlar zamanı su basmaları, infrastrukturun zədələnməsi və əhalinin təhlükəsizlik risklərinin artması mütəmadi hal alıb. Proqram çərçivəsində Bakı və Abşeron yarımadasında müasir texnologiyalardan istifadə etməklə yeni su kəməri xətlərinin çəkilməsi, köhnə infrastrukturun əvəzlənməsi və su təmizləmə qurğularının yenilənməsi nəzərdə tutulur. Məlumdur ki. Bakı və Abşeron yarımadası turizm baxımından böyük potensiala malikdir. Müasir kommunal infrastruktur turizm sektorunun inkişafı üçün zəruri əsas yaradır və beynəlxalq standartlara uyğun xidmət göstərilməsinə imkan verir. Su və kanalizasiya sistemlərinin yaxşılaşdırılması ərazidə yerləşən əmlakın dəyərini artırır, daşınmaz əmlak bazarının inkişafına təkan verir və şəhərsalma proseslərinin keyfiyyətini yüksəldir. Proqram dəniz ekosisteminin qorunmasına və su hövzəsinin çirklənməsinin qarşısının alınmasına yönəlib.Qeyd edək ki, Proqram yalnız Bakı ilə məhdudlaşmır, bütün Abşeron yarımadasının inkişafına töhfə verir. Sumqayıt, Xırdalan və digər yaşayış məntəqələrinin su təminatının yaxşılaşdırılması regional balanslı inkişafa xidmət etməklə, paytaxtın ətrafında yaşayan əhalinin həyat şəraitinin daha da yaxşılaşmasına səbəb olacaqdır.Ülviyyə AbdullayevaNeftçala rayonu
JASBAR GÖMRÜK XİDMƏTLƏRİ
ETX
ETX
ETX