AZ

Partiyalara verilən möhlət bu gün bitir - Sənədlərini təqdim etməyənlər kənarda qalacaq

Azərbaycanda partiyalara reyestr məlumatlarını yeniləmək üçün verilən möhlət bu gün başa çatır.

“Yeni Sabah”ın xəbərinə görə, siyasi təşkilatların bunun üçün tələb olunan müvafiq sənədlərini Ədliyyə Nazirliyə təqdim etmələri ilə bağlı nəzərdə tutulan müddət yanvarın 15-i saat 23:59-da bitir.

Qeyd edək ki, “Siyasi partiyalar haqqında” qanuna görə, siyasi partiyanın dövlət qeydiyyatına alınması üçün “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” qanuna uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (Ədliyyə Nazirliyi) müraciət edilməlidir. Bu qanuna uyğun olaraq reyestrin təqdim edilməməsi və ya bu qanunla müəyyən edilmiş müddətlərə əməl olunmaması siyasi partiyanın dövlət qeydiyyatından imtina edilməsinə səbəb olur.

Siyasi partiya üzvlərinin reyestrində baş vermiş sonrakı dəyişikliklər barədə ildə 2 dəfə (yanvar ayının 15-dək və iyul ayının 15-dək) Ədliyyə Nazirliyinə məlumat təqdim etməlidir.

Nazim Hacıyev


Telegram kanalımız
Seçilən
148
2
yenisabah.az

3Mənbələr