
ESPN telekanalı İngiltərə Premyer Liqası tarixinin ən yaxşı transferlərinin siyahısını açıqlayıb.
Yeniavaz.com xəbər verir ki, siyahıya London “Arsenal”ının keçmiş hücumçusu Tyerri Anri başçılıq edir.
Siyahını təqdim edirik:
1. Tyerri Anri - 1999/2000 mövsümündə “Yuventus”dan “Arsenal”a - 16,1 milyon avroya;
2. Məhəmməd Salah - 2017/2018 mövsümündə “Roma”dan “Liverpul”a - 42 milyon avroya;
3. Serxio Aquero - 2011/2012 mövsümündə “Atletiko Madrid”dən “Mançester Siti”yə 40 milyon avroya;
4. Frenk Lempard - 2001/2002 mövsümündə “Vest Hem”dən “Çelsi”yə - 16 milyon avroya;
5. Eden Azar - 2012/2013 mövsümündə “Lill”dən “Çelsi”yə - 35 milyon avroya;
6. Patrik Vieyra - 1996/1997 mövsümündə “Milan”dan “Arsenal”a - 5,4 milyon avroya;
7. Kriştianu Ronaldo - 2003/04 mövsümündə “Sportinq”dən “Mançester Yunayted”ə - 19 milyon avroya;
8. Erlinq Holan - 2022/2023 mövsümündə "Borussiya Dortmund"dan "Mançester Siti"yə 60 milyon avroya;
9. Alan Şirer - 1992/93 mövsümündə “Sauthempton”dan “Blekbern Rovers”ə - 4,5 milyon avroya;
10. Erik Kantona - 1992/93 mövsümündə “Lids”dən “Mançester Yunayted”ə - 1,8 milyon avroya;
11. Ueyn Runi - 2004/05 mövsümündə “Everton”dan “Mançester Yunayted”ə - 37 milyon avroya;
12. Roy Kin - 1993/94 mövsümündə “Nottinqem Forest”dən “Mançester Yunayted”ə - 4,4 milyon avroya;
13. Didye Droqba - 2004/05 mövsümündə “Marsel”dən “Çelsi”yə - 38,5 milyon avroya;
14. Dennis Berqkamp - 1995/96 mövsümündə “İnter”dən “Arsenal”a - 11,3 milyon avroya;
15. Kevin de Bruyne - 2015/16 mövsümündə “Volfsburq”dan “Mançester Siti”yə - 76 milyon avroya;
16. Rodri - 2019/2020 mövsümündə “Atletiko Madrid”dən “Mançester Siti”yə - 70 milyon avroya;
17. Rio Ferdinand - 2002/03 mövsümündə “Lids”dən “Mançester Yunayted”ə - 46 milyon avroya;
18. Virgil van Deyk - 2017/2018 mövsümündə “Sauthempton”dan “Liverpul”a - 84,7 milyon avroya;
19. Klod Makelele - 2003/2004 mövsümündə “Real Madrid”dən “Çelsi”yə - 20 milyon avroya;
20. David Silva - 2010/2011 mövsümündə “Valensiya”dan “Mançester Siti”yə - 28,8 milyon avroya.