AZ

Tramp uzunmüddətli müharibəyə yox, ABŞ-nin İrana sürətli hücumuna icazə verir - NBC

ABŞ Prezidenti Donald Tramp milli təhlükəsizlik komandasına bildirib ki, İrana qarşı mümkün hərbi zərbə sürətli və qətiyyətli olmalı, uzunmüddətli müharibəyə çevrilməməlidir. 

Missiya.Az xəbər verir ki, bu barədə "NBC News" mənbələrə istinadən məlumat yayıb.

Məlumata görə, Pentaqon İrana qarşı bir neçə hərbi variant hazırlayıb. Lakin Trampın müşavirləri ABŞ-nin hücumundan sonra İran hökumətinin tezliklə çökəcəyinə zəmanət verə bilməyiblər. Vaşinqton həmçinin regionda İranın mümkün cavab addımlarından narahatdır.

ABŞ rəsmisinin sözlərinə görə, prezident eskalasiya riskini nəzərə alaraq daha məhdud hərbi əməliyyata üstünlük verə bilər. NBC News vəziyyətin sürətlə dəyişdiyini və hələlik yekun qərarın verilmədiyini qeyd edir.

Qeyd edək ki, İranda etirazlar dekabrın sonlarında iqtisadi böhran fonunda başlayıb. ABŞ Prezidenti Vaşinqtonun vəziyyəti izləməyə davam etdiyini vurğulayıb.

Seyranə QuliyevaMissiya.Az

Seçilən
76
missiya.az

1Mənbələr