AZ

Azərbaycanlı futbolçu ilə müqavilə uzadıldı

style='margin-bottom:10px;'>

Moskva “Dinamo”su hücumçusu Ulvi Babayevlə yeni müqavilə imzalayıb. 

QOL.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

21 yaşlı azərbaycanlı futbolçunun “ağ-göylər”lə yeni anlaşması 2029-cu ilin yayına qədər nəzərdə tutulub. Müqavilədə daha bir mövsüm uzatma maddəsi da yer alıb.

Qeyd edək ki, Babayev “Dinamo”nun yetirməsidir. O, əsas komandanın heyətində bütün turnirlər üzrə 16 oyuna çıxıb və 5 qol vurub.

Xatırladaq ki, daha əvvəl Ulvi Babayevlə “Spartak”ın maraqlandığı və onun tezliklə "Dinamo"nu tərk edə biləcəyinə dair xəbərlər yayılmışdı.

Seçilən
28
1
teleqraf.com

3Mənbələr